Tramp Obamanın həbsi video-çarxını paylaşıb | VİDEO

   Tramp Obamanın həbsi video-çarxını paylaşıb    | VİDEO
  21 İyul 2025    Oxunub:860
ABŞ prezidenti Donald Tramp ölkənin keçmiş prezidenti Barak Obamanın “həbs edilməsi”nin süni intellekt vasitəsilə yaradılmış video-görüntüsünü yayıb.
AzVision.az xəbər verir ki, altında “Heç kim qanundan üstün deyil” ifadəsi yazılmış video-çarx “Truth sosial” sosial şəbəkəsində yerləşdirilib.

İyulun 20-də Tramp keçmiş prezident Barak Obamanı saxtakarlıqda və 2016-cı il seçkilərinə xələl gətirməyə cəhddə ittiham edib.

Amerika lideri kemiş prezident Barak Obamanın seçkiləri saxtalaşdırmaq üçün hərəkətlərini efirdə ifşa edən “Fox News” telekanalının jurnalisti Harrison Fildsi tərifləyib.

Xatırladaq ki, iyulun 18-də ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard “X” sosial şəbəkəsindəki səhifəsində Rusiyanın 2016-cı ildə Amerika seçkilərinə müdaxiləsi ilə bağlı ittihamların Obama administrasiyası tərəfindən uydurma olduğunu yazıb.


Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tramp   Obama   həbs  



Xəbər lenti